Çap

Ana Yaprak

Mənim qələmim ana dilimdə yazmaq istəyir,

özgə dilində yox...

Hər bir xalqı ayırmaq istəyirsən vətənindən,
Yetər xalqın ana dilin[1]kəsəsən məktəbindən,
Bu düşüncə yürütülür “İRAN” fars dövlətindən.[2]
    Qələmi al əlindən, ayrılar xalq mənliyindən,
     Ümmətçi[3]tərbiyə et, çıxar o xalq kimliyindən.

              (Kitabın 48-ci səhvə 4-cü Bənd)
               ("Vətən Havasi" Eldar Güneyli)

 

"Əyər bir millətin öz tarixini, keçmişini, mədəniyyətini, kimliyini və öz görkəmli elmi, dini, siyasi və mədəni şəxsiyyətlərindən ayırıb və unutdursalar, eyni zamanda onun dilini,  əlifbasını və kitabını ondan alıb və yaxud zamanla yaranmış kültürünü ondan aldıqda, bu millət başına gətiriləcək hər nəyə hazır olacaq. Bu millət daha canlanıb yaşaya bilməsi imkansızdır, yalnız öz içindən görkəmli şəxsiyyətlərin ortaya çıxması şərti ilə. Bu faciəni bir çox ölkələrin başına gətirmişlər."

Qaynaq:
Ayətollah Əli Xamneyinin 1379-cu ilin aban ayında İranın Mərkəzi əyalətindəki danışığından qısa bir parça olaraq 1391-ci ildə İranın "Həmşəhri" qəzetəsində yazılmışdır.

 

Hər millətin varlığının təməlində dil olsada, onun müstəqil bir dövlətinin olmamasına rəğmən bir millət kimi dünya millətləri içində yer alıb və tanınmasına səbəb olan əsas amil, o millətin öz milli varlığına, tarixinə, mədəniyyətinə və kimliyinə sahib çıxmasıyla yanaşı öz milli-tarixi, elmi və ədəbi şəxsiyyətlərinə sahib çıxıb və bütün bunlarla qürur etməsi ilə mümkündür.

Bu önəmli faktorlar bir millətin yaşayıb, var olmasında olduqca böyük və əsasi rol oynayıb və onu tarix boyu yad elli işğalçılar və mahacim millətlərin istilası qarşısında qoruyaraq sonsuza qədər yaşamasını sağlayıb və hətta qarantı etmişdir.  

Bu gün dünyanın bəzi çox millətli ölkələrində hakim olan millətlər irqçılığa dayanaraq, ölkədə yaşayan başqa millətlər, milli azlıqlar və etnik qruplara qarşı yürütdükləri müstəmləkəçi siyasətləri ilə onları hakim millətin içində əridib yox etməyə çalışmaqdadırlar. Buda ancaq, bir milləti öz milli varlığından, kökündən, mədəniyyətindən uzaqlaşdırıb, dilini yox edib, tarixini unuddurub saxtalaşdırmaqla mümkündür. Əlbəttə bu məsələ, uzun bir tarixi sürəcin nəticəsində baş verir və yalnız o millətin satqın və manqurtlaşmış sözdə aydınlarının xəyanəti və düşmənə hər tərəfli yardımıyla mümkün olur.

Bu gün çox millətli İran adlanan ölkədə hakim olan fars faşizmi Azərbaycan Türk milləti başda olmaq üzrə qeyri-fars millətlərə qarşı öz qatı irqçılıq və müstəmləkəçilik siyasətinə dayanaraq, yuxarıda qeyd olunduğu kimi bu millətlıəri öz keçmişindən, kimliyindən və bütün milli varlığından uzaqlaşdıraraq var gücü ilə fars milləti içində əridib yox etməyə çalışır.

Maraqlıdır ki, İran İslam rejiminin dini və siyasi öndəri olan Ayətollah Əli Xamneyi, bu danılmaz gərçəkləri dilə gətirib fars millətini çox ciddi şəkildə belə bir təhlükəli durumla qarşı-qarşıya gəlməməsi üçün dönə-dönə uyarmasına rəğmən, sözdə islam rejiminin başında duran şəxs aydıncasına açıqladığı belə bir faciəni fars millətinə rəva görmədiyi halda, onu başqa qeyri-fars millətlərə rəva görərək belə bir qeyri-insani siyasəti onlara uyqulayır və bütün gücü ilə onları yox etməyə cəhd göstərməkdədir.  

Ayətollah Əli Xamneyinin bu danışığıyla bağlı yazdığım "Vətən Havası" adlı şeir kitabımı böyük Azəerbaycan Türk millətimizə sunuram.

                                                                            05.04.2016 Eldar Güneyli  

 

[1]  Bir xalqın dilini əlindən aldıqda o xalqın bütün Ayətollah Xaməneyi dediyi varlıqlar əlindən alınar.
[2] Ayətollah Əli Xaməneyi(kişi tüpürdüyünü yalamaz.( bu atalar sözüdür) 28 ildir məmləkətin rəhbəriyyətində olaraq  icazə  verməyir hətta öz yazdıqları anayasa  icra olunsun. Ayətollah Xaməneyinin danışdığı və nitqi ilə əməlini özünüz oxucu olaraq  dəyər veriniz.
[3] Müqəlled[iradəsiz, özünə güvəni(etimadı) olmayan,  təslim olan insan].