Çap

8 - Ulusumu tutsaqlıq yaşamından oyadalım

Ulusumu tutsaqlıq yaşamından oyadalım

Deyirlər:"iran işçi “komunisti” cəbhələri"[1]
Söz verir qurtaracaq tutsaqlıqdan “işçiləri”!
İşinə gəlmir qeyri fars xalqların istəkləri
     Siz hələ əsdirirsiz iran işçi bayraqları
     Önəmli deyil sizə xalqın milli maraqları


Özlərini adlandırır, işçilərə böyük “öndər”
Çalırlar şovonisti, fars xalqına gurlu dəflər
Rasizmə qarşı caysın, xalqda yaranmış fikirlər
    Vururlar çoxlu töhmət, bu irançı "komonistlər"
     İranşəhrli düşünən “Komunist qılıflı türklər"


Türklərdən alır dövəlti, qat-qat farsdan çux vergi
Xərcələyır farslar üçün, nəşər edir qəzetlə dərgi
Vergi'lə gəlişədirir, fars dilində çoxlu sərgi
     Ürünü olur bu gün, iranşəhrili manqutları
     Irqıçı qulluğunda, yetirdiyi satqınları


Haqlarını almasına xalq ayağa durubdur
Fars xalqının rasıstləri, bugün çaş-baş olubdur
Manqurt olmuş, satqınların, indı rəngi solubdur
     “Komunisti” markasila xalqımızı caydırır
     Fars xalqına kölə olub, tariximi sapdırır!?


Bir ulus özümüzü, farslar kimi saymamışiq
Özgür bir xalq olaraq, milli haqlar almamışıq
İlk addım köləlikdən, çıxmamıza atmamışıq
     Xalqım milli haqqını, istəyəndə “xər”[3]söylürlər
     “Pantürkist” deyib, dustağa nə təhər sürüyürlər!?


İlk öncə xalqı kütləvi aydınladmalıyıq
Vətəndəki sərvətə, bizlər yiyə durmalıyıq
İşçilər, qadın haqın, yasasını yazmalıyıq
     Bağımsız yaşamağa, milli şüur olmalıdır
     Dövlətini qurmağa, müstəqil hür olmalıdır


İrançı türk soydaşım, xalqına düşünməlidir
Rasizmin işinədə, farsistanda gəlməlidir
İşçiyə farsistanda, düşüncəsin verməlidir
     Millət ayağa qalxıb, istiqlalın alacaqdır
     Haqqına yiyə durub, köləlikdən çıxacaqdır


Ulusumuz vətəndə, partiyasın qurmalıdır
Fars rasizmi yurdumdan, bir yolluq qovulmalıdır
İran-baycan düşüncəsi, beynindən solmalıdır
    İlk öncə vətənin, istiqlalı alınmalıdır
    Başqa ulusa yardımlar, yanaşı olmalıdır


Ulusumu tutsaq[4]lıq yaşamından oyadalım
Sömürgədə qalmağını bir yolluq qapadalım
Öz milli haqqımızı qan bahasına alalım
     O zaman dayanacaq, ölkəmizin talanması
     Dövlətini yaraldıb, istiqlalın alınması.

03.02.2014


[1] Iran işçi "komonist" partiyası.
[2] Möhsün İbrahimi, iran işçi "komonist" partiyasının üyəsi.
[3] "Eşşək"
[4] Əsarət, ərəb sözüdür