Çap

6 - Elaldadıcı öndərlər, xalqını sözdı tovlar

Elaldadıcı öndərlər, xalqını sözdı tovlar


Elaldadıcı hökmdarlar, tənqidçini gömərlər
Arasıra yerə vurub, gah həbs edib söylərlər
Biri[1]  “fitnə”, O, birləri,[2]“büzğalə” ad verələr
Biri [3] “xain[4]” kimisilər[5] “xəso xaşak” deyərlər
    Diktatorluq ürünü, xalqı geri saxlamaqdır
    İnkişafı, azadlığı topluluqdan almaqdır


Kimiləri diktatoru, tənqid edib səsləyir
Diktatorun zalim-qatil, olduğunu söyləyir
Onların kirli sifətin, xalqa gərçək pisləyir
     Özümüzə gələn zaman, hasarsız yumurtladır!
     Sevmədiyi tənqidçini O, "kəmalsız" adladır!


Diktatorlar ürünü, toplum geridə qalmaqdır
Azadlıq yox, ümməçini, dolayıb ovlamaqdır
Ovladığının peşində, bir daha tovlamaqdır
    Gəlin bizdə öyrənib, çağ toplumda çağlaşalım
    Tənqidçiyə xor baxıb “əxlaqsızda” sanmayalım.


Mediyalar yayımında, söz tənqidə yetəndə
Dar görüşlü dinçi kəsim, danışığı bitəndə
Nala mıxa vururb deyir, təngidçinin peşində
    Sorumlu kəsim oxuyub, öyrənib bilməlidir
    Çağın insan haqlarını, bəyənib sevməlidir


Aydınımda pisləyir, bu tənqidçi fikirləri
Öyrəndiyi feodali, sistimin bilimləri
Uluşdurub bu cürə, dargörüşlü beyinləri
    Deyirəm ki: 1400 -il, ovlandıq biz dinlədik
    Çağımızda geri qalıb, nəyi biz mənimsədik?


Özün sayan aydınlarım görünür boş danışır
Yayımların sonunda, müsəlmanla sağollaşır
Başqaların “zir- zibil” tənqidçiyə pis dolaşır
    Deyirəm: dargörüşlü, beyinli yolundan cayar
    Ziyalı bir tənqidçini "yağıla düşmən" sayar


Aydın kəsim çalışır ziyalılardan danışa
Keçmişdəki yazardan, şairlərindən yapışa
Elbəylik adından təkrarən hey dartışa
    Çağın milli yazarını,[6] xalqıma boykot edir
    Yayımlarda cin ilə bismillahdan söhbət gedir


Güneydə xalq hazırlanır düşmən ilə çatışa
Xalqın haqı var toplumda, fikirlərlə yarışa
Baltacı tanıtılmır, düşüncəsin xalq dartışa
    Geri qalmış, ziyalını medyada "papaq" sayar
    Başqa düşünən yazarı, danlayıb "alçaq" sayar


Elaldadıcı öndərlər, xalqını sözdə tovlar
Düşündüyü ölçüdə, onu yanlış yola yollar
Kütlənin güvənini alıb haqqın çöpə tullar
    Adını düşüncəsin, tanıdırsa pisi çıxar
    Bəlkədə tanıtmaqda, yalnışların izi çıxar?

                    09.07.2013

 

[1] Əli Xaməneyi
[2] Mulla Ehməd Xatəmi (Büzğalə = Geçı)
[3] Mahmud Əhmədinəjad iran prezidenti
[4] Zir-Zibil
[5] Hüsein Şəriyətmədari
[6] Arazın susmayan səsi....Bakı, 28 İyun 2013

        Boykotçu Türk arazizmini yaymaz,
        Özünü saymayanı kimsə saymaz.
        (Boykotçuya güvənilməz.)“
                     Baltacı Araz