Çap

28 - Hər şəxs özünü bir insan tanıdır

Hər şəxs özünü bir insan tanıdır

Görünür:
Kiçik ədədlərin çox maraqlı funksionları vardır, bəlkə
onları dargörüşlü insanlarla tutuşduraq.
Örnək: (0,2)!!!!


Deyirlər ədəd bir(1)-dən aşağısı,[1]
İnsan tək özlərin- dən aşağısı,
Yanaşmasında var çox başarısı.
     Vurulanda ona azaldır bir(1)-dən,[2]
     Qovuşanda ona azır[3]özündən.

Istəsən onlara qovuşub iş birliyi aparasan, sənidə kiçildər.
3 × 0,2 => 0,6


Bölüşəndə sayı daha artırır,
O deməkdir səni vardan caydırır,
Hər xalqında milli haqqın saydırır.
     Bu nədəndən ədəd özün, var sayır,
     Vətənində insan özün, haq sayır.

İstəsən onlarla bölüşəsən və ya çətinliklərin bölüşdürəsən, çətinliklərin daha çoxalar.
3 ÷ 0,2 => 15


Özlüyündə demək ədəd adladır,
Dargörüşlü, insanları alçaldır,
Farslar təkin, qeyr farsı azdırır.[4]
     Farsla birləşəndə nəyin artırir?
    Hüveyyətin[5]həm kimliyin sapdırır.

İstəsən onlarla birləşəsən və onların yanında olasan, sənin
varlığına artırmayacaq və onlardan heç bir şeydə öyrənmiyəcəksən.
3 + 0,2 => 3,2

Türk+Fars=>(İran)=>Fars hakimiyyəti!?
      Türkün hankı varlığı yuxarıda uluşan
     “iran” adlı ölkədə haqlıyasalı tanınır?

Öz varlığını tanısan, özünə inansan, özünə dəyər versən,
başını uca tutarsan, alçaqların təhqirinə məruz qalmasan.
                                                   
#Eldar_Güneyli


Farslarla birlikdə varın qalmayır,
Onlardan ayrılsan heç nə olmayır,
Kültürün varlığın heç talanmayır.
    Hər şəxs özünü bir insan tanıdır,
    Hər xalqda öz yurdun vətən adladır.

Əgər onları öz yaşamından azaltsan, heç bir şey əldən vermiyəcəksən, çünkü özün olacaqsan.
3 + 0,2 - 0,2 => 3

Özünə dəyər ver yerində sayıl,
Farsa kölə olma gözün aç ayıl,
Uşaqan ver milli bilinç[6]qal hayıl.
     Geçmişinə öz soyuna düşünsün,
     Varlığına Türk xalqına qovuşsun.

     03.11.2015  Eldar Güneyli


[1] Kiçik ədəd örnək olaraq burada  0,2 (birdən aşağı) alçaq insan özündən başqasını alçaq görüb, onu alçaldar.
[2] Ədəd, örnək olaraq burada 3 (var olmaq) insandan, bir xalqdan söhbət gedir.
[3] Farsın içindı əriyib asimilə olur.
[4] Qeyr farsları iranda bir ulus(xalq) olaraq tanımayırlar!
[5]
Bugün fars xalqı ilə bir toplumda yaşadığımız halda hankı varlığımızı mənimsiyə bilmişik? eşşəyim ölmə arpa bitincə! arpa bitip çuval tikincə? yetər artıq özümüzə gəlməliyik.
[6] şüur, ərəb sözüdür.