Çap

35 - Mənə söylə Virus sən-sən yoxsa mən?

Mənə söylə Virus sən-sən yoxsa mən?

Krona budur mənim səndən istəyim
Birlikdə oturaq sənə deyim mən
Başladın yasamın nəzmin pozmağa
Mənə söylə Virus sən-sən yoxsa mən?

Mən baxmıram şiə ya ki sünniyə
Kafir olsun bəlkə müsəlman diyə
Qırx il insanlığı atdım çöplüyə
İndi söylə Virus sən-sən yoxsa mən?

Allah deyib olam insana hakim
Qırx ildir olmuşuq Irana hakim
Suriyyə, Iraqa, livana hakim
İndi söylə Virus sən-sən yoxsa mən?

Allah, məhəmmədi təmsil edənəm
Doğru düz müsəlman yolu gedənəm
Allah əmri ilə söz diyənəm
İndi söylə Virus sən-sən yoxsa mən?

Hər yerdə tikərəm bir imamzada
Nəzir-niyaz pulu versin bu ada
Məhəmmədin nəsli gəlsin imdada
İndi söylə Virus sən-sən yoxsa mən?

Din, məzhəblə pozdum insan ağlını
İmamzada tikdim qoyam adını
Şəfaxana olsun soyam cibini
İndi söylə Virus sən-sən yoxsa mən?

Gör neçə yüz mədah yaratmışam mən?
Cəhl ilə xorafat banısıyam mən
Ümətçi[1] yetirən başçısıyam mən
İndi söylə Virus sən-sən yoxsa mən?

Xums-fitrə nəzr-zəkat yığıram malı
Altıma salıram bahalı xalı
Allahıma şükür olmuşuq varlı
İndi söylə Virus sən-sən yoxsa mən?

Olmaz bağlıyasan imamzadamı
Od vurub alasan hər bir zadımı
Allah verib mənə əba tacımı
İndi söylə Virus sən-sən yoxsa mən?

İnsan nədir dəyər verə bilmirəm
İnsanlıq gözündə görə bilmirəm
İnsan məktəbilə deyə bilmirəm
İndi söylə Virus sən-sən yoxsa mən?

Hardan gəldin günüm dönübdür yasa
Nəzir-niyaz gəlmir boşalıb kasa
Neftdə satılmayır dola tasa
İndi söylə Virus sən-sən yoxsa mən?

Dünyaya səpilip mən-mən deyirsən
Demokrat Virus adı seçibsən
İşimiz eynidir böyük deyilsən
İndi söylə Virus sən-sən yoxsa mən?

Qırx il boyu kəsdik insan haqqını
Bizə qarşı insan qoyan adını
Qoymadıq ala o insan dadını
İndi söylə Virus sən-sən yoxsa mən?

Nefti satıb cibə doldurmuşam mən
Suriyyə, İraqda xərcləmişəm mən,
"Həşəd-əlşəəbi"[2] lər yaradmışam mən
İndi söylə Virus sən-sən yoxsa mən?

Bəşar əsədləri[3] saxlamışam mən
İnsanlar qırılsa utanmaram mən
Adam oldürmıkdə sonanmışam mən
İndi söylə Virus sən-sən yoxsa mən?

Millət yosuldursa düşünmərəm mən
Yetim ac olsədə xərcləmərəm mən
Atom fabrikası tikdirənəm mən
İndi söylə Virus sən-sən yoxsa mən?

Allah yaradıbdır səni vuhanda
Çinlə, iran yaydı səni cahanda
Utanmırsan xalqın canın alanda
İndi söylə Virus sən-sən yoxsa mən?

Mənə müzür olub çıxdın qarşıma
Bənövşə yağını çəkdim altıma
Düzəlməyə getdim yeşil villama
İndi söylə Virus sən-sən yoxsa mən?

Korona bu sözlərə dözməyib, belə cə yanıtladı:

Adam ağılı pozan vırus köküsən
Cəhəl ilə xorafat nağıl yüküsən
Dava, dərman, sabın, alkolla vaksən
Bilim inkışafın sən bilməlisən

Yaşam varlığından yaranmışam mən
Məscid mənbərləri bağlamışam mən
Alkol azadlığın yaşadmışam mən
Bilim qarşısında sən çökəməlisən

Ömərünüzə son qoydum bitəməlisn
Fırıldaqçılığa son vermlisən
Ya ki ağlınızı dəgişməlisən
Aydın olmayacaq, sənin kimi sən.

               13.03.2020 


[1] Müqəlled[iradəsiz, özünə güvəni(etimadı) olmayan,  təslim olan insan].
[2] Iraqda yaradılmış Iran islam cumhurusu tərəfindən teroristi bir örgüt.
[3]Qaynaq: Aşağıdakı Sərdar sipah Mahmud Çahabağı adlı"Irsn sipah pasdaranın" etiraf etdiyi danışıqlara istinad