Çap

32 - Milli şüur nə deməkdir?

Milli şüur nə deməkdir?
Çalış düşün, varlığına.


Özün tanı sən yurdunda
Varlığını öz budunda
Geçmişinə bax soyunda
     Öz özünlə daha barış
     Kimliyinlə sən ol tanış


Qoyma vətən yaddan çıxa
Çalış yağı yurdan çıxa
Kölə fikri başdan çıxa
    Öz kökündən küsmə barış
    Geçmişinlə sən ol tanış


Köroğlular ünvanısan
Türk ulusun qoçağısan
Dədə qorqud ocağısan
     Öz xalqınla daha barış
     Millətinlə sən ol tanış


Xalqın sevən xalqın danar?
Milli adla xalq adlanar
Hər bir ad bir şam tək yanar
     Burdan başlanar oyanış
     Kültürünlə sən ol tanş


Çalış, düşün varlığına
Görəvin ödə xalqına
Türk adı qoy uşağına
     Öz xalqına daha qarış
     Vətəninlə sən ol tanış


Ruslaşıb, rusca danışma
Farslaşıb, farsa qarışma
Manqurt yaşama alışma
     Ana dilində yaz, danış
     Türk dilinə sən ol tanış.
    

           04.07.2016