Çap

34 - Bu Gecə

Bu Gecə,

Xoş görürəm əzizlərim
Altmış yaşımdır bu gecə
Siz üçün bir yazı yazdım
Eşidək sazla bu gecə

Ürək dərdim əzizlərim
Vətənimə var bu gecə
Ayiləmlə soydaşlarım
Mənə həmdəmsiz bu gecə

Könlümdə xoş arzularım
Xalqım üçün var bu gecə
Ay ulduzum işıq saçsın
Şənlik sizə yar bu gecə

Arazımın sağı solu
Mənə mehmandır bu gecə
İki yerə bölünsəkdə
Birləşdirdim mən bu gecə

Araz, dərdim səndən dərin
Axma belə, dur bu gecə
Ayrılığın kökün qurut
Birliyi sən qur bu gecə

İllərdir ki həsrət baxır
Xalqım butay dan o taya
Parçalanmış xalqım gərək
Birgələşsin, çün bu gecə

Mən “Eldar” am, Vətən üçün
Arzularım xoş bu gecə
Sərhədləri sındırıram
Birləşsin elim bu gecə.

   04.07.2019