Çap

10 - Ana dili nədir?

Ana dili nədir?

(Siyasi, Fəlsəfi və hüqugi anlamı)


Uşaq eşidər ilk ana dilində
Sonra  öyrənər o duyuş elində
Başlar danışar öz dili telində
     Dilimiz yaranıb gözəl səslərdən
     Zamanla gəlişib özəl hislərdən


Dil uşağın ana lay lay səsidir
Ananın bətnində duyuş hissidir
Hislərdən yaranan düşüncəsidir
     Kimsədən düşüncəni almaq olmaz
     Başqa bir düşüncəyə salmaq olmaz


Uşaq öz içində fikir yetirər
Yetirən fikirini səsə gətirər
Səslər formalaşıb dili bitirər
     Yaranan dil düşünülmüş fikirdir
    
Düşüncəylə fikrin duyuş şəklidir


Qələmsiz səs hayvanlardan bəklənər
Çünkü yalnız ormanlarda səslənər
Yaşam formu bir toplumda əklənər
     İnsanlar toplanıb birlik qurubdur
     "Birlik dirlikdir" məsəl olubdur


Hər insanın doğma ana dili var
Öz dilində danışmağa meyli var
Yazıb yaratmağa özəl eli var
     Dili yasaqlamaq heç mümkün deyil
     Dilə yasaq qoyan şəxs insan deyil


Bu dünyada yaşayan hər ölkədə
Qurulmuş dilləri özəl ölçüdə
Danışır ev-eşiyində məktəbdə
     Hər kəsin xoşdur öz dili özünə
     Bəslədiyi ana dili sözünə


Dil insanın karakterin dəyişər
Yazı ilə danışıqda gəlişər
Dil gəlişsə toplumda gəlişər
     Yazılmayan dil indiki zamanda
     Itib gedər bir ya iki quşaqda


Ana dili insanın kimliyidir,
Kimlik hər insanım öz mənliyidır
Mənlik hər ulusun özəlliyidir
     Ana dilini bir xalqdan alırsan
     Toplumda onların kökün qazırsan


Ana dili xalqa böyük sərvətdir
Höveyyətin tanıtdıran izzətdir
Babalardan ona qalmış şovkətdir
    Dilin qorunması milli şərəfdir
    Xalqına Vətənə milli görəvdir.


     19.02.2014  Eldar Güneyli