Çap

17 - Bütün analara sayqı və hörmət

Bütün analara sayqı və hörmət

Bu gün anamın dünyasını dəyişməsi munasibəti ilə qürbətdə
ürəyimi boşaltmağa qələmimdən başqa bir çarə bulmadım.

                                                                  27.10.2014


Ana! kövrəlirəm mən, indi duydum xəbəri!
Tərk edib gedibsən,bu dünyanı, şəhəri
Görmüyəcək övladın, artıq ana gözləri?
     Əlqəni övladdan, həmişəlik kəsibsən
     83-il bizlərin başı üstə əsibsən


Gecələr sən yatmayıb, bizə lay lay demisən
Səsimizə səs verib, bizə sən hay veribisən
Bizim ağrılarla ilə, illər ağrı çəkbisən
     Gecələri yuxusuz anam, sabah etmisən
     İndi bizi tək qoyub anam, hara gedibsən?


Ana insan başının, yaraşıqlı tacıdır
Övlad ölənə qədər, ananın möhtacıdır
Anasız hayat, anam, doğurdan çox acıdır
    Ana dediyin toplum, həmdə insan dadıdır
    Ana dediyin toplum, insanları yaşadır


Xalqa borcunu vermiş, sevimli anamızsan
İgidlərin anası, sən ərlər anasısan
Ürəklərdə alışan alovlar məkanısan
     Sən Vətəninə igit, bar verən ağacısan
     Övlad doğub böyütmüş, toplumun ocağısan


Övlad doğdun yaşadın, bir ömür çətinliklə
Böyütdün ozaq qaldın, yaşadın sən həsrətlə
Sən heç yaşam görmədin, üzüldün beləliklə
     Dolu ürək sevgini, verdin sən övladına
     Bizlərdə verməliyik, vətənə ilə buduna


Hakimiyyət ayırdı, xalqını ölkəsindən
Qürbətə sürgün etdi, öz ana vətənindən
Ayilə ayrı düşdü, biri- o birlərindən
    Analar göz yaşnı, tökdülər ayrılıqdan
    Qəm-kədərlər bezdirdi, çökdülər acılıqdan


Məhəmməd[1]in verdin sən, əldən əlli səggizdə[2]
Nisgililə yaşadın, son qalmış ömründə
Məzarını görmədin, onun, qaldı gözündə
     Dedin: görüm qəbrini, nəfəs qalsın içimdə
     Ölməyib yaşayır o, hələ xalqın içində


Qürbət yerdə gedirlər, insanlar bu gün göyə!
Vətən gələnmirlər, bircə ana görməyə!
Dözərmi ana qəmə, belə həsrət qüssəyə?
     Ana kimi istədin, səndə uşaq görəsən
     Gözlərin həsrət çəkdı, bir gün işıq görəsən


Beləcə qatılıram, məndə kədərinizə
Sizin başız sağ olsun, deyim öz elimizə
Ana insan sevgisin, bəslər ürəyinizə
     Hörmət qoyun yaşamda, siz öz valideynizə
     Sevgi, sayqı görərsiz, sizdə öz nəslinizdə

          27.10.2014

[1] Şair Baltacı Araz(Məhəmməd Məhəmməd əli oğlu)
[2] Şair 58-yaşında ürəkinfaktı geçirərək dünyasın dəyişdi.