Çap

1 -Azərbaycan

Ey Azərbaycan

Ey Azərbaycan[1] sənə olsun canım qurban
Sən mənim Vətənim, yurdum yuvam
Necə ayrılsın səndən el oban?
Səndə mən doğuldum, göz açdım vətən
Səndə mən büdrəyib, dil açdım vətən

Ey Azərbaycanım
        Ey……hey Azərbaycan
        E... hey... Azərbaycan

Sənə olsun canım qurban
Sən mənim Vətənim, sən mənim yurdum
Səndən sürgün düşdüm bir yuva qurdum

Sənin var qoca tarixin
Odlar yurdu dörd bir yanın

Alavlanır hər bucağın

Sən babəklər yurdusan
Ulu Xəlil, Məmməd Arazlar

Quzeyində istiqlalın mubarək
Gülüstan yaratdı ulu Bəxtiyar
  
Güneyində qalxmış Baltacı Araz[2]:
   Onun sözü bu an bizə dərmandi
   :"Otay ilə butay vahid bir candır
    Adı odlar yurdu Azərbaycandır"

Ey Azərbaycan
   Ey Azərbaycanım
    
E... hey... Azərbaycan

Sənə olsun canım qurban
Sən mənim Vətənim, sən mənim yurdum
Səndən sürgün düşdüm bir yuva qurdum

Sən alavlar yurdusan
Sönməyəcək od közün, yaxacak düşmanların
Daşnak Ermənidən, alacaq torpaqların
Harayların güneyində, göylərə yüksələcək
Quzeyin ordusu da, əminəm dirçələcək
        Otay Butay anlamı bir daha olmayacaq
       Bütöv Azərbaycan yenidən qurulacaq
       Xalqımız birləşib, şən günlər yaşayacaq

Ey Azərbaycan
     Ey…… Azərbaycanım
           E……hey Azərbaycan
Sənə olsun canım qurban
Sən mənim Vətənim, sən mənim yurdum
Səndən sürgün düşdüm bir yuva qurdum

 E……hey Azərbaycan
           Ey ana yurdum.

             07.02.2014 


[1] 2014 _cü ilin fevral ayının 7-də iş yerimdə Azər Zeynalovun ifasında Azərbaycan mahnısını ıçimdə zümzümə edirdim. Birdən diqqətimi çəkdi ki, oxuduğum sözlər mahnının sözləri deyil,  mənim ürəyimdən keçən musiqiyə uyqun sözlərdi. Zümzümə bitdikdə qələmi əlimə alıb sözləri qeyd etdim, ki  burada oxuduğunuz “Azərbaycan” adlı yazım oldu.
[2] Güney Azərbaycanın milli və istiqlalçı şairi