Çap

33 - Babək qayıt tez qalaya

Babək qayıt tez qalaya

Babək qayıt tez qalaya
Xalqı çağır sən haraya
Yardımcı ol bu yaraya
Mullalar xalqı taladı

Xalq ovlandı din yağına
Ərəb dini bayrağəna
Sərildi zülm ayağına
İran xalqın din caladı...

Xalqım gəlir bəz qalaya
Zülüm çıxıb ərş əlaya
Millət düşüb düz çalaya
Xalqımızı qəm yaladı

Kölə olduq biz yadlara
Xalqım qalıb pis hallara
Qeyrət getdi haralara?
Biz Türkləri yad doladı

Yurdum gərək azad olsun
Zülmün evi bər bad olsun
Vətən görüm abad olsun
Ürəklərdə dərd qaladı

Dilim olubdur qadağa
Xalq basırlar dustağa!
Nə yatıbsan dur ayağa
Ürəyimi dərd daladı.

    12.07.2018